» » Tolik: “Əncir yediyimə görə analığım məni döydü, atam isə...”

Tolik: “Əncir yediyimə görə analığım məni döydü, atam isə...”


"Tolik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aparıcı Tarix Əliyev açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

"STAR XƏBƏR" Bizim.media-ya istinadla xəbər verir ki, Tolik qonaq olduğu “Sözbaz” maqazin verilişində uşaqlığından danışıb.

O, mərhum atası Tahir bəyin onu Mərdəkanda fəaliyyət göstərən Xüsusiləşdirilmiş Vərəm Sanatoriyasına göndərdiyini bildirib: 

“O zaman atam məni Mərdəkandakı sanatoriya qoydu. Çıxanda gördüm ki, o sanatoriyanın adı vərəm sanatoriyasıdır. 24 nömrəli avtobusa mindim və nənəmgilə qayıtdım. O zaman atam bir qadınla görüşürdü. 2 saata bir kiloqram quru əncir yemişdim. Ona görə həmin qadın məni evində döymüşdü. Atama demişdi ki, hara istəyirsən, bu uşağı götür, apar. Atam da məni o sanatoriyaya aparmışdı. Bilmirdim ki, bu sanatoriya vərəm xəstələri üçündür. O zamanlar mobil telefon yox idi. Küçəyə çıxdım, sanatoriya isə Mərdəkanın girəcəyində idi. Gördüm ki, sanatoriyanın üstündə yazılıb ki, “Vərəm sanatoriyası”. Oradan nənəmgilə qaçdım”. 

Qeyd edək ki, Tarix Əliyevin atası Tahir Əliyev 2021-ci ildə yanvarın 25 səhər saatlarında Xırdalanda yerləşən bazarda olarkən qəfil halı pisləşib. O, maşında olarkən ürəyi tutub və dünyası dəyişib.