» » Sumqayıtda ibtidai sinif şagirdi hər kəsi özünə heyran edib

Sumqayıtda ibtidai sinif şagirdi hər kəsi özünə heyran edib


Sumqayıtda 8 yaşlı şagird 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçirilib.

“Xezerxeber.az” xəbər verir ki, söhbət Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fərid Babayevdən gedir.

Onun ölkə daxilində keçirilən müxtəlif olimpiadalarda 50-yə yaxın qələbəsi var. 

O, həm ilkin, həm də final mərhələsində 100%-lik nəticə ilə qızıl medal qazanıb. F. Babayev eyni zamanda ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə yayda Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb.

Elm və Təhsil Nazirliyinin qərarı ilə Fərid 3-cü sinifi tam başa vurmadan, əldə etdiyi uğurlara görə, ikinci yarımildən təhsilini 4-cü sinif şagirdi kimi davam etdirir. 

Daha ətraflı videomaterialda: