» » Məzuniyyətə gələn hərbçi dəm qazından zəhərlənib ÖLDÜ

Məzuniyyətə gələn hərbçi dəm qazından zəhərlənib ÖLDÜ


Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

"STAR XƏBƏR"in məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Nəbiyev Hakim Hüseyn oğlu məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.