» » Kölndə İlham Əliyevə dəstək konserti keçirildi

Kölndə İlham Əliyevə dəstək konserti keçirildi


Bu ilki Prezident seçkiləri ilə əlaqədar olaraq Almaniyanın Köln şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən İlhamə Əliyevə dəstək məqsədilə “The Sound of Azerbaijan” (“Azərbaycanın səsi”) adlı konsert proqramı keçirilib. 

"STAR XƏBƏR" xəbər verir ki, konsertdə Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanovun və tanınmış musiqiçi Anna Goldun ifası tamaçılarının böyük marağına səbəb olub. Sözügedən konsert proqramında İtaliyada yaşayan və fəaliyyət göstərən opera müğənnisi Çinarə Şirin və pianoçu Sabinə Məmmədova da yer almışdı. 

İfaçının mətbuat xidmətinin verdiyi məlumata görə, İsmayılxanov artıq Almaniyanın Köln şəhərində maraqlı konsert proqramı ilə çıxış edib: "Cənab İlham Əliyevin siyasi kursunu qəbul edən, builki prezident seçkilərində də məhz onu dəstəkləyən Seyran İsmayılxanov "Prezidentə dəstək kampaniyası" çərçivəsində Almaniyada konsert proqramları ilə çıxış edib. Konsertdə Qara Qarayev, Rəşid Behbutov, Şövkət Ələkbərova, Azərbaycanın və dünya musiqisi səslənib. Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb”.