» » DİQQƏT! Fevralın 16-dan etibarən Bakıda hava kəskin soyuyur - Sulu qar, və qar yağacaq, şaxta olacaq

DİQQƏT! Fevralın 16-dan etibarən Bakıda hava kəskin soyuyur - Sulu qar, və qar yağacaq, şaxta olacaq


Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

"STAR XƏBƏR" xəbər verir ki, fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qar və, qara keçəcək.

Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar və, qar yağmağa davam edəcək.

Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar və qar, yağmağa davam edəcək.

Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.


Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.