» » Eyyub Yaqubovdan “kişilər günü konserti” ilə bağlı açıqlama

Eyyub Yaqubovdan “kişilər günü konserti” ilə bağlı açıqlama


Bu gün mətbuatda “Eyyub Yaqubovun kişilər günü ilə bağlı konserti” başlığı altında yayılan xəbərlərlə əlaqədar Xalq artisti Eyyub Yaqubov açıqlama verib.

"STAR XƏBƏR"  xəbər verir ki, sənətçi məkanın hazırladığı anonsdan narahatlığını dilə gətirib.



“Əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin “kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. Mənim üçün “kişilər günü” deyilən bir anlayış yoxdur. 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə Qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün “kişilər günü”dür. Hörmətlə, sizin Eyyub Yaqubov”.

Qeyd edək ki, müğənninin komandasının məkanın rəhbərliyinə irad bildirməsindən sonra konsertin anonsu səhifədən qaldırılıb.