» » Rafael Ağayev vəzifəyə təyin edildi

Rafael Ağayev vəzifəyə təyin edildi


Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar.

"STAR XƏBƏR" xəbər verir ki, bu barədə AKF-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, digər dəyişiklik yığma komanda ilə bağlıdır. Belə ki, Şahin Atamov kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov köməklik göstərəcəklər.