» » XƏBƏRDARLIQ! Fevralın 19-u saat 12:00-dan başlayaraq...

XƏBƏRDARLIQ! Fevralın 19-u Saat 12:00-dan Başlayaraq...


Fevralın 19-da Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq.

"STAR XƏBƏR" Baku.ws-a istinadən xəbər verir ki, bu gün və sabah havada kiçik pozuntular olacaq.

Sabah günortadan etibarən isə havada zəif maqnit qasırğası müşahidə olunacaq.

Qasırğa saat 12:00-dan etibarən aktivləşəcək. Maqnit qasırğası saat 15:00-dək davam edəcək. 15:00-dan etibarən isə səngiyəcək.

Qeyd edək ki, güclü maqnit qasırğası insanların səhhətinə mənfi təsirdən elektronika cihazlarında nasazlığın yaranmasınadək gətirib çıxara bilir.