» » "Elə kanal var ki, aparıcıları bir-birinə düşməndir" - Elgiz Əkbər

"Elə kanal var ki, aparıcıları bir-birinə düşməndir" Elgiz Əkbər


Aparıcı Elgiz Əkbər maraqlı açıqlaması ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində televiziyalarda aparıcılar arasındakı ədavətdən danışıb.  

 Elgiz "Bizim kanalda nizam intizam var. Ola bilər ki, burada da kimsə özünü "ulduz" kimi aparır, "Primadonna"lıq edir, ama ümumilikdə götürəndə bizdə elə abu-hava yaradılıb ki, mən səndən artığam, daha çox baxılıram, sevilirəm sözləri aramızda olmur. Bu kanalda intriqa yoxdur. Ad çəkmək istəmirəm, bu heç sirr də deyil. Elə kanallar var ki, oranın aparıcıları bir-birilərinə düşməndirlər" deyə bildirib.