» » Qusarda 7-ci sinif şagirdi qızılcadan öldü

Qusarda 7-ci sinif şagirdi qızılcadan öldü


Qusarda 7-ci sinif şagirdi yüksək hərarətdən vəfat edib.

Bu barədə Qusar şəhər 4 nömrəli Tam Orta Məktəb məlumat yayıb.

Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib.

İlkin ehtimala görə, N.Yarəhmədova qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşma səbəbindən həyatını itirib.