» » Xahiş Edirəm, Kamili yad ölkədə Tək Buraxmayın - Gülaydan Kamilə DƏSTƏK

Xahiş Edirəm, Kamili yad ölkədə Tək Buraxmayın Gülaydan Kamilə DƏSTƏK


Xəbər verdiyimiz kimi, Rusiyaya istirahətə gedən idmançı Kamil Zeynallı orada saxlanılıb. 

"STAR XƏBƏR" xəbər verir ki, məsələ ilə bağlı müğənni Gülay Zeynallı paylaşım edib. O, Ölkə başçısına müraciət edərək, yardım istəyib:

"İnşallah, bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm".

Qeyd edək ki, Kamil Moskvadakı Domodedovo hava limanında olarkən saxlanıldığını bildirib. "Domodedovo hava limanında polislər məni saxladılar və bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib və hələlik burada həbs etdilər. Deyirlər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni bizdən götürəcəklər. Səhər məni məhkəməyə çıxaracaqlar. May ayından məni axtarışa veriblər, amma o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi isə həbs etdilər" deyə, o, əlavə edib.