» » Polad Bülbüloğlu Kamil ilə telefonla danışıb

Polad Bülbüloğlu Kamil ilə telefonla danışıb


Rusiyada saxlanılan idmançı Kamil Zeynallı ilə bağlı yeni xəbər var.
 
"STAR XƏBƏR" xəbər verir ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil ilə telefon əlaqəsi yaradıb.
 
Bu haqda aparıcı, prodüser Tarix Əliyev məlumat verib.

"Kamillə danışmışam. Gecə ilə hörmətli səfirimiz Polad Bülbüloğlu şəxsən Kamillə telefon əlaqəsi yaradıb və ondan bütün məlumatları alıb. İnşallah dövlətimiz Kamili tezliklə vətənə qaytarar" deyə Tarix Əliyev bildirib.
 
Daha sonra Gununsesi.info-ya açıqlama verən Polad Bülbüloğlu Kamil üçün vəkil tutduqlarını bildirib:
 
"Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq. Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yoxlamışam. Hazırda onun yanındadır. Səfirlik üzərinə düşən hər şeyi edir".