» » “Gedin, Kamilə sahib çıxın” - Brilliant Dadaşova

“Gedin, Kamilə sahib çıxın” - Brilliant Dadaşova


Xalq artisti Brilliant Dadaşova Polad Bülbüloğlunun Kamil Zeynallı ilə bağlı açıqlamasına reaksiya verib.

Sənətçi bununla bağlı instaqramda paylaşım edib. O, Rusiyadakı səfirimizin “Məhkəmənin qərarını gözləyirik” sözlərinə qarşı bunları yazıb:

“Gözləyirik nədir? Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalxın gedin, Kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun, zəhmət olmasa”.