» » “Yasıma gəlməsi üçün mollaya beh vermişəm”

“Yasıma gəlməsi üçün mollaya beh vermişəm”


Əməkdar artist Cavanşir Məmmədov növbəti açıqlaması ilə diqqət çəkib.

“Gəl danış” verilişində qonaq olan sənətçi maraqlı fikirlər səsləndirib. Müğənni deyib ki, artıq yasında iştirak edəcək mollanı seçib:

“Molla gəldi-gəlmədi mənə aidiyyəti yoxdur. Mənə bir molla alim lazımdır. Onun behini də vermişəm. Beş il əvvəl dostumun yas yerində çmox savadlı bir molla ilə rastlaşdım, ona görə 20 dəqiqə toya gecikdim, ona yaxınlaşdım, bir şey ötürmək istədim. Götürmədi, dedi, vermiş kimi varsan. Dedim, mən rəhmətə gedınbdı yəqin ki, eşidəcəksən. Eşidəndə gələrsən. Dedi, narahat olmayın, sizə böyük hörmətim var. Məmmədbağırın yasında da bir iranlı Molla var idi. O da dedi ki, Baba, sən niyə belə deyirsən, Allah sənə uzun ömür versin. Dedim ki, sən gəlmə! İstəyirəm, yasımı savadlı adam idarə eləsin”.