» » Dilarə klipmeykerlərdən gileyləndi

Dilarə klipmeykerlərdən gileyləndi


"Maska şou”nun qalibi, müğənni Dilarə Kazımova yerli klipmeykerlərdən danışıb.

"STAR XƏBƏR" xəbər verir ki, o, bu barədə “Gül kimi” şouda söz açıb. Sənətçi onların təmbəlliklərindən gileylənib:

“Bizə nə olub? Çox keyfiyyətli, çox gözəl musiqi ərsəyə gətirə bilərik. Bizdə hər şey var. Biz özümüz hər şey edə bilərik. Sadəcə bizdə hər şeyi problemə döndərməsələr, bir az özlərinə əziyyət versələr, komfort zonadan çıxsalar və çox gözəl iş alınar. Bir az özlərinə əziyyət versinlər”, - deyə, Dilarə bildirib.

Qeyd edək ki, Dilarənin son “Dəli” klipinə azərbaycanlı rejissor Nail Naiboğlu imza atıb.