» » “Özümə müğənni deyə bilmirəm” - Çingiz Mustafayev

“Özümə müğənni deyə bilmirəm” - Çingiz Mustafayev


"Artıq özümə müğənni deyə bilmirəm".

"STAR XƏBƏR" moderator.az-a istinadla xəbər verir ki, bunu müğənni Çingiz Mustafayev deyib.

O əlavə edib: "Çünki ildə bir mahnı buraxıram. Mənim üçün say deyil, keyfiyyət önəmlidir. Ola bilər ki, mən bu gün elə bir mahnı oxuyaram ki, 9 milyonun 5 milyonu mənə qulaq asar. Bu mümkündür. Amma məqsəd, istək, arzu o deyil. Niyə ora getməliyəm?

İnsanlar məni çox sevəcək deyə? Sevsələr də bir şey dəyişmir, sevməsələr də. Faydalı olmaq istəyərəm. Bu gün oxuduğum musiqi nədənsə bəhs edir. Daha çox insanın daxilindən, ruhundan, yaradanından bəhs edir. İnsanı oralara aparır. Ayrılıqla bağlı, "Sən getdin, mən sənsiz yaşaya bilmərəm, sənsiz mən heç kiməm, sən mənim hər şeyimsən" və s.

Artıq nə qədər olar? 5 il, 10 il, 15 il. Ömrümün axırına qədər toksik sevgidən oxuya bilmərəm axı. İnsanları zəhərləyə blmərəm".