» » Müğənni Meydan Əsgərov Nəfəslə qohum imiş

Müğənni Meydan Əsgərov Nəfəslə qohum imiş


Müğənni Meydan Əsgərov Zaur Kamalın verilişindəki açıqlaması ilə hər kəsi təəccübləndirib.


"STAR XƏBƏR" titul.az-a istinadla xəbər verir ki, o, xanım ifaçı ilə yaxın qohumu olduğunu bildirib.

Meydanın açıqlamasından Nəfəslə aralarından soyuq yellər əsdiyi aydın sezilib. Sənətçi etiraf edib ki, Nəfəsin müğənni olmasına qarşı çıxsa da, o fikrindən dönməyib.

Aparıcı Zaur müğənnidən Nəfəslə hansı qohumluq əlaqəsinin onları bağladığını soruşduqda Meydan Əsgərov deyib: "Nəfəs bacımın nəvəsidir".