» » Afət COŞDU: “Floraya “kapak” olsun”

Afət COŞDU: “Floraya “kapak” olsun”


“Flora indi də Zeynəb Xanlarova zirvəsinə söz atır. Bu ifa da Floraya “kapak” olsun”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımında yazıb.

O, Xalq artisti Zeynəb Xanlarovanın ifasını “Instagram” hesabında paylaşaraq digər Xalq artisti Flora Kərimovaya söz atıb:

“Zeynəb Xanlarova ən çətin muğamlardan olan “Qatar” muğamını ifa edəndə, Flora yəqin ki, cizgi filimlərində mahnı oxuyurdu...”

Qeyd edək ki, uzun illərdi Xalq artistləri arasında soyuq küləklər əsir. Belə ki, Flora Kərimova həmkarına “Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur” sözlərini deyib. Onun bu sözlərinə Xanlarova susqunluqla cavab verib.