» » DİN Nigar Camala dair araşdırma aparır

DİN Nigar Camala dair araşdırma aparır


Müğənni Nigar Camalın adından "TikTok" sosial şəbəkəsində dələduzluq edilib.

"STAR XƏBƏR" qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə özü instaqramda məlumat yaymışdı.

DİN-in mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, Elşad adlı şəxs özünü Nigar Camalın meneceri kimi qələmə verərək ona yazanları müğənninin adından aldadıb, pul tələb edib və şəkillərini paylaşacağı barədə şantaj əməlləri törədib.