» » Aygün Kazımova bayramı sevənləri ilə keçirəcək

Aygün Kazımova bayramı sevənləri ilə keçirəcək


Xalq artisti Aygün Kazımova 8 Mart Beynəlxalq Qadınlar Gününü səhnədə qeyd edəcək. 

"STAR XƏBƏR" xəbər verir ki, Pop kraliça sevilən mahnılarını həmin gün xanımlar üçün səsləndirəcək.

Belə ki, ölkənin əsas ulduzu əvvəlcə "Bakı Kristal zal"da keçiriləcək "World Women's Festival" adlı tədbirdə səhnə alacaq. Son günlər hit mahnıları ilə gündəmdən düşməyən Kazımova həmin gün pərəstişkarları ilə görüşəcək. 

Daha sonra şou-biznesin yaradıcısı şəhərdə məkanların birində səhnəyə çıxacaq. 

Qeyd edək ki, A.Kazımova "Bakı Kristal Zal"da solo konsert verən yeganə azərbaycanlı müğənni olub. O, həmin gün bir çox səhnə şouları ilə şou-biznesdə ilklərə imza atıb. 

Kazımovanın sonuncu dəfə təqdim etdiyi "Bilmək olmaz" və "Sağ-salamat" mahnıları isə dijital platformada ilk sıralarda yerini qorumaqda davam edir. "Bilmək olmaz" 6,3, "Sağ-salamat" isə yutubda 2,4 milyon izlənilib.