» » Şəbnəmlə Vəfa arasında yenidən dava düşdü - Video

Şəbnəmlə Vəfa arasında yenidən dava düşdü - Video


Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında qalmaqal yenidən alovlanıb. 

"STAR XƏBƏR" xəbər verir ki, sənətçilər sosial şəbəkədə bir-birinin ünvanına tənqidlər səsləndiriblər. 

"Bu qadın məndən heç cür əl çəkmir. Mehribançılıq yaradıram, danışıram, nə etsəm əl çəkmir. Hər dəfə bir addım atır ki, məni pis çıxartsın. 10 milyon insanın içində necə yalan danışa bilərsən? Yalan danışdığı halda necə məni yalançı çıxarırsan? Başa düşmür nəyin ədavətini aparırsınız. İçinizdə nə kinidi yaranıb" deyə, Vəfa paylaşdığı videoda söyləyib. 

Şəbnəm isə Vəfanın onu haqsız yerə günahlandırdığını deyib. O bildirib ki, köhnə səsyazısını efirdə təqdim ediblər:

"Mən Vəfadan fərqli onun adını çəkirəm. Özünü ağıllı sayırsan. Sən soruşdun ki, Elcan (aparıcı Elcan Rəsulov - red.), nə vaxt mənlə bağlı Şəbnəmə zəng etmisiniz? Mənə heç kim zəng vurmayıb. Mənə nə Elcan, nə də prodüseri zəng edib. Efirdə düz danışmışam, sən yalan danışmısan. Mənə Zenfira xanımla bağlı zəng ediblər, sənlə bağlı zəng etsələr də çıxmazdım efirə. Sənin bir fanatını polisə vermişdim, yalvardı deyə, bağışladım. İndi mən bilirəm nə etmək lazımdır. O qədər ağılsızam, sən məndən ağıllısan ki, efirdə yalan danışım? Mənim haqqımda danışmışdın, mən də efirdə cavab vermişdim. O, köhnə səsdir".

Qeyd edək ki, Vəfa Ş.Tovuzlunun keçmiş sevgilisi, iş adamı Famil Xəlilovla münasibətdədir. Bir vaxtlar rəfiqə olan ifaçıların münasibətinin pozulmasına bu səbəb olub. Vəfanın iş adamından iki övladı var. Şəbnəm isə hazırda ikinci dəfə iş adamı Rafiq Əliyevlə ailəlidir. Onun bu nikahdan bir oğul övladı var.