» » Hüseyn Əzizoğlunun restoranında dava düşdü, bir nəfər bıçaqlandı

Hüseyn Əzizoğlunun restoranında dava düşdü, bir nəfər bıçaqlandı


Ötən gün Yasamal rayonunda yerləşən “Papaq lounge” restoranında bıçaqlanma hadisəsi baş verib.

"STAR XƏBƏR" xəbər verir ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, “Papaq lounge” bloger Hüseyn Əzizoğluya məxsudur.