» » Mənim qədər “vurulan” ikinci insan yoxdur - Üzeyir Mehdizadə

Mənim qədər “vurulan” ikinci insan yoxdur - Üzeyir Mehdizadə


“33 yaşım var. Yaşadığım müddətdə, elə öz ölkəmizdə mənim qədər basqı görən ikinci insan yoxdur. Bu, mənim üçün çox böyük dərsdir. Hadisələr xalqımızın gözləri qarşısında olub, hamı bilir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə “Tarixin bir günü” verilişində deyib.

Müğənni insanlar tərəfindən çox basqıya məruz qaldığını bildirib:

“Mənim qədər ölkədə hədəf olan, “vurulan” insan görməmişəm. Sakit durmaq, qanacaq, qabiliyyət də bir yerə qədərdir. Hər şeyin həddi olduğu kimi, bunun da bir həddi var. Məhz orada dillənməlisən. Zamanı gözləməlisən”.

Ziyafət Əlisoy