» » Nüşabə Rüfəti təhqir etdi: “Səviyyəsiz məxluq, ağzının qatığını…”

Nüşabə Rüfəti təhqir etdi: “Səviyyəsiz məxluq, ağzının qatığını…”


“Aə, düdük, sən öz aləmində, guya mənimlə məzələnib, məni ələ salırsan? Başın qaçıb sənin? Kimlərlə səhv saldın məni, ay nasos deyiləndə yada düşən hüştürüm şey?”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva meyxanaçı Rüfət Nasosnu haqqında paylaşdığı “post”a yazıb.

“Instagram” hesabında meyxanaçının fotosunu paylaşan Musayeva onu təhqir edib:

“Bir də hansısa verilişdə mənə söz deyib, atmaca atarsan, sonra da onu təkrar qələt edib, paylaşarsan. Ağzını cıraram, bildin? Məni kimsələrlə qarışdırma, tanı, özünə tay olanlarla məşğul ol, səviyyəsiz məxluq. Bu paylaşıma görə mənə heç kim ağız açmasın. Məndən üzr istəməyənə kimi bu paylaşım silinməyəcək. Bir ara vaxt tap, özünə hörmət elə. Sonra isə yerini və həddini bil! Mən heç kimə bənzəmərəm. Sən, yəqin ki, qadın görməmisən, ağzının qatığını dağıdanın… Dabanımda olan hörmət sənin başında yoxdur. Ağıllı ol!”  

Ziyafət Əlisoy