» » 30 ildən sonra Laçında ilk toy

30 ildən sonra Laçında ilk toy


Laçının Zabux kəndində 30 ildən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

Axşam.az-ın məlumatına görə, bu barədə aktyor Elşən Orucov sosial media hesabında yazıb. O, toydan olan görüntüləri izləyiciləri ilə bölüşüb.

Mərasimdə Əməkdar artist Ehtiram Hüseynov və müğənni Elçin Cəfərov da iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Zəngilanın Ağalı kəndində də 30 ildən sonra ilk dəfə toy mərasimi baş tutmuşdu.
Qeyd edək ki, yenidən qurulan Zabuxda 797 sakin yaşayır.