» » Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama

Namiqdən Aygün Kazımova ilə bağlı açıqlama


Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duet hazırladıqlarını açıqlayıb.

"STAR XƏBƏR" xəbər verir ki, sənətçi bu haqda "Gül kimi şou"da danışıb. O bildirib ki, artıq mahnı da seçilib:

"Deyirlər bizim duet başlayandan, başqalarının toyu azalıb. Bununla fəxr edən deyiləm. Bu bazarın adamları var, mən də bu bazardayam. Yeni duetlə bağlı ilk addımlar atılıb. Yeni mahnı da seçilib. Qalıb bunu həyata keçirtmək. Proses gedir".

Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlunun illər əvvəl oxuduğu "Sevirəm", "Bağlanıram" duetləri illərdir hitdir.