» » Dilarə Kazımova yeni imicilə təəccübləndirdi

Dilarə Kazımova yeni imicilə təəccübləndirdi


"Maska"nın qalibi Dilarə Kazımova uzun illər sonra görünüşündə dəyişiklik edərək kamera qarşısına keçib.

"STAR XƏBƏR" xəbər verir ki, həmişə tünd saçlarda olan sənətçi kardinal atdım ataraq, ilk dəfə saçının rəngini dəyişərək sarışın obrazda pozalar verib.

Estrada ulduzun imicindəki dəyişiklik təəccüblə qarşılanıb. O, bunu yeni layihəsi üçün etdiyini bildirib.

"İlk dəfə olaraq saçımın rəngini dəyişdim. Amma özümə görə yox, yeni layihə üçün bu addımı atdım. Bu imicimi çox sevdim və inanıram ki, sizdə sevəcəksiniz".

Fotolarını isə "Sensum Photo Art" çəkib.

Qeyd edək ki, Kazımova bir neçə gün sonra “Zəng - zəng” adlı klipini ictimaiyyətə təqdim edəcək. Layihənin prodüseri Məryəm Feyziyevadır.