» » Atasının 40-ı çıxmamış oxuyub-oynamasında ÖZÜNƏ HAQQ QAZANDIRDI

Atasının 40-ı çıxmamış oxuyub-oynamasında ÖZÜNƏ HAQQ QAZANDIRDI


Müğənni Əbdül Xalid atasının 40 mərasimi bitməmiş efirə çıxmasına görə tənqid edilib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, efirə çıxması və mahnı oxumasına görə onu qınayıblar:

"Atamın dünyasını dəyişməsindən heç 40 gün keçməyib. Bunu bütün sosial şəbəkə yaydı ki, atasının 40-ı çıxmamış, oxuyub, oynayır. Qohumlardan da deyənlər oldu. Bu, mənim işimdir. Müəllim gedib müəllimlik edir, demir, valideynimin 40-i keçsin gedim dərs deyim. İnsanların düşüncəsizliyidir. Bu, mənim sənətimdir".