» » “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram”

“Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram”


Müğənni Manaf Ağayev səhhəti ilə əlaqədar oruc tuta bilmədiyini açıqlayıb. Sənətçi dərman qəbul etdiyini açıqlayıb. 
 

“Müəyyən səbəblərdən oruc tuta bilmirəm. Dərman qəbul edirəm. Amma oruc tutanlara iftar süfrəsi verirəm. Həmişə də vermişəm. Ailə üzvlərim oruc tuturlar”.

M.Ağayev toy olmadığı üçün Ramazan ayında yaradıcılıqla məşğul olduğunu söyləyib:

“Yeni mahnılarım çıxacaq. Onların üzərində işləyirəm. Yaradıcılıqla məşğulam. Hər işi bu aya saxlayırıq”.