» » Aygün Kazımova "Qardaşlıq dastanı" gecəsində

Aygün Kazımova "Qardaşlıq dastanı" gecəsində


Xalq artisti Aygün Kazımovadan sevənlərinə daha bir sevindirici xəbər var.

"STAR XƏBƏR" xəbər verir ki, ölkənin əsas ulduzu "Qardaşlıq dastanı" adlı konsert proqramında çıxış edəcək. Tədbir mayın 9-da Bakı Konqres Mərkəzində gerçəkləşəcək. 

Pop kraliça həmin gün səhnəni Türkiyənin "Alagöz" rəqs ansamblı ilə bölüşəcək. 

Böyük konsert Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunacaq. Tədbir İMZA İçtimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir.