» » “Müğənnini efirə divan boş qalmasın deyə çağırırlar”

“Müğənnini efirə divan boş qalmasın deyə çağırırlar”


Müğənni İzzət Bağırov proqramlardan gileylənib.

OLAY yazır ki, sənətçi bu barədə “Xəbərin var” verilişində danışıb. 

“Müğənnini verilişə divan boş qalmasın deyə çağırırlar. Bir də görürsən, 1 saatlıq efirə 5 müğənni dəvət ediblər. Allah ölənlərinə rəhmət etsin, ikisini çağır danışa bilsinlər, mahnı oxusunlar. Aparıcı rejissorla danışır, deyir, 3 dəqiqəlik vaxt qalıb. Müğənnidən soruşur ki, 3 dəqiqəlik mahnın var? Efirə belə müğənni çağırarlar? Çağırana qədər 50 dəfə xahiş edib. Reklamlar olur, sponsorlardan danışır. Sənə sual verir, fikri səndə deyil, sualına cavab verirsən, “hə” deyir. Sonra deyirlər ki, müğənnilər efirə çıxmır. Belə dəvət etsəniz, gəlməz də”,- deyə, Bağırov bildirib.