» » Prezident Xalq artisti Samir Cəfərovu təltif etdi

Prezident Xalq artisti Samir Cəfərovu təltif etdi


Xalq artisti Samir Cəfərov "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
 

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sosial şəbəkədə medalının fotosunu paylaşan sənətçi bunları yazıb:

"Dostlar, dünən Prezidentimiz, cənab İlham Əliyevin Sərəncamına əsasən, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medalı ilə təltif olundum. Etimada görə dərin minnətdarlığımı bildirirəm".