» » Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”

Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”


Meyxanaçı Namiq Məna oğlu Məna Əliyevin xəstəxanaya yerləşdirilməsindən danışıb. 

Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, Məna burnunda əməliyyat olunub: 

"Qorxulu bir şey yoxdur. Nəfəsalma problemi var idi. Ona görə burnundakı çəpər əyriliyini düzəldiblər. 1 saatlıq yüngül əməliyyat edilib. Beynində xoşxassəli şişlə bağlı 1 il əvvəl əməliyyat olunub. Hər şey yaxşıdır". 

Qeyd edək ki, Məna bir neçə gün əvvəl xəstəxanadan görüntü paylaşmışdı.