» » Zaurun verilişinin yayımı saat yarım azaldıldı

Zaurun verilişinin yayımı saat yarım azaldıldı


Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişinin vaxtı dəyişdirilib.

Bu gün efirdə Zaur özü ATV-nin rəhbərliyindən xahiş edib. O bildirib ki, artıq hər gün 4 saat efirdə olmaqdan yorulub:

“Çox yoruluram. Özümə, övladlarıma vaxt ayıra bilmirəm. Səhər açılır işə qaçmalayıam, mənim başqa işlərim də var. Beşin yarısından 7-ə qədər etsəz, çox sevinərəm. Artıq sabahdan belə edə bilərik. Mənə 2 saat yarım bəsdir. Övladlarıma da vaxt ayırmaq istəyirəm. Rəhbərlik bunu nəzərə alsın. Dedilər ki, xahişinizi qəbul etdik, sabah 16:30-dan efirdəyik. Gözlərimə inana bilmirəm. Anlayışla yanaşdığınız üçün təşəkkür edirəm. Başqa kim nə edəcək bilmirəm. Amma şəxsən Zaur Baxşəliyev kimi bunu istəyirəm. Rəhbərliyə də təşəkkür edirəm ki, xahişimi qəbul edirəm”.