» » Hacı Şahinin bütün videoları “YouTube” kanalından silindi

Hacı Şahinin bütün videoları “YouTube” kanalından silindi


Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin yutub kanalı oğurlanıb.

Kanaldakı bütün videolar kibercinayətkarlar tərəfindən silinib. Bu barədə texnobloger və jurnalist Fərid Pərdəşünas feysbuk hesabında yazıb:

“Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı kibercinayətkarların hücumuna məruz qalıb və kanal ələ keçirilib. Kanalda olan bütün videolar silinib”.