» » Bakıda polis əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Bakıda polis əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirdi


Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.