» » Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə

Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə


Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Mədəniyyət gününə həsr olunan tədbir baş tutub. 

"STAR XƏBƏR" xəbər verir ki, yığıncaqda bir sıra mədəniyyət ocaqlarının nümayəndələri, kənd sakinləri, ictimaiyyət xadimləri həmçinin də jurnalistlər iştirak edib. Qonaqlar sırasında Xalq artisti Tünzalə Ağayeva da olub. Sənətçi sarayın foesində nümayış olunan əl işləri ilə yaxından tanış olub, mənunluğunu dilə gətirib.

“Doors open day” layihəsinin əsas məqsədi ictimaiyyəti mədəni tədbirlərə cəlb etmək və Mədəniyyət Sarayı ilə yerli əhali arasında əlaqələrin gücləndirilməsidir. Həmçinin Mədəniyyət Sarayına davamiyyəti artırmaq, cəmiyyətdə mədəni maarifləndirməni genişləndirmək və yaradıcılığa həvəsi olan gəncləri cəlb etməkdir. Tədbirdə djlərin ifaları, canlı musiqilər, “Rəsm” kursunun tələbələrinin rəsmlərinin sərgisi, “Keramika” dərnəyinin tələbələrinin çinidən hazırlanan əl işlərindən ibarət sərgi, “Biçmə-tikmə” kursunun tələbələrinin əl işləri nümayiş olunub. Bununla yanaşı iki qrupdan ibarət “Şahmat” kursunun tələbələrinin numunəvi oyunu, “Aşpazlıq” kursunun tələbələrinin əl işləri təqdim edilib. Böyük səhnədə “Lalələr” və “Azad” rəqs ansamblının və Latın Amerika rəqs kursunun çıxışları, kiçik zalda isə Mərdəkan Mədəniyyət Sarayında yeni fəaliyyətə başlayan “Kukla teatrı”nın çıxışı göstərilib.