» » Aytən Səfərova ağır qəzaya düşdü - VİDEO

Aytən Səfərova ağır qəzaya düşdü - VİDEO


Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

“STAR XƏBƏR” xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.