» » "ADAM" filminə ən çox bilet alan İPHONE X qazana bilər -


19.09.19 tarixində "NİZAMİ KİNO MƏRKƏZİ"ndə "ADAM" filminin təqdimatı olacaq.

starxeber.az xəbər verir ki, film "NİZAMİ KİNO MƏRKƏZİ" və "AYGÜN CİNEMA" da yayımlanacaq.

Biletlər 12.09.19 tarixdən etibarən, həmin kinoteatrların kassalarında satışa çıxarılacaq. "ADAM" filminin quruluşçu rejissoru və layihə rəhbəri Amil Əlioglu yeni kampaniyalar keçirir. Ən çox bilet alan izləyicilər arasında muxtəlif uduşlu kampaniyalar keçirir. Ən çox bilet alan izləyicilərin arasında birinci yerin sahibinə İPHONE X  telefon hədiyyə ediləcək. Kampaniyada ən az 10 bilet alan izləyicilər iştirak edə bilər. Qaliblər 19.10.19 tarixində  "NİZAMİ KİNO MƏRKƏZİ"ndə canlı olaraq hər kəsin gözü qarşısında müəyyən ediləcək. Aldığınız bileti 19.10.19 tarixdə təhvil verib yarışmaya qatılıb, qaliblərdən biri ola bilərsiniz.

"Alioglu Media Group"un istehsalı olan "Adam" filmi qorxu və psixotriller janrında çəkilmişdir. Film Gədəbəy, Tovuz, Qovlar, İsmayıllı və Bakı şəhərində çəkilmişdir. Filmin ssenari müəllifləri Amil Alioğlu, Sadiq Nasirov. Quruluşçu rejissoru Amil Alioğlu, quruluşçu operatoru Mətləb Yaquboğlu, quruluşçu rəssamı Amil Alioğlu, bəstəkarı və musiqi tərtibatçısı İffət Əsgərov, baş prodüseri Bayram Murquzov, rejissor İbrahim Əbilov, icraçı prodüseri Habil Alioğlu, qrim rəssamı Şəfa Cabbarova, montaj rejissoru Firdovsi A.Nəbiyev. Filmdə iştirak etmişlər: Amil Alioğlu, Mehriban Quliyeva, Rəşad Səfərov, Zülfiyyə Məmmədova, Arzu Abdulova, Murad Abdullayev, Elvina Atakişiyeva, Elvin Ağayev, Lena Xosrovova, Xanım Sadıqova, Rəvan İbrahimov, Səma İbrahimova, Məhəmmədəli Aslanov, Rəsul Hümbətov, Gülnar Məmmədova, İbrahim Əbilov və başqaları.