» » "Tərbiyəsiz onun özüdür" -


"Hamı məni sevmək məcburiyyətində deyil. Verilişdə mənə düzgün sual vermədilər. Deyir ki, "Orada qurdun adı nədir?". Sualı düzgün qurmadı".

Bu sözləri müğənni Şəbnəm Tovuzlu "Hər şey daxil" verilişində deyib.

Sənətçi "Üçümüz" verilişində "Nu poqodi" cizgi-filmi ilə bağlı suala verdiyi cavab zamanı yaşadığı qalmaqala münasibət bildirib:

"Məni verilişlərə çağıranda aparıcıya hörmət edib gedirəm. Aparıcı mənim şəxsiyyətimə, mədəniyyətimə nəsə deyə bilməz. Tərbiyəsiz onun özüdür".

Qeyd edək ki, verilişdə Elcan Rəsulov Şəbnəmə "Nu poqodi"də canavarın adı nədir?" sualını ünvanlayıb. 



Axsam.az