» » İstanbulda qorxudan zəlzələ


Milyonlarla insanın yaşadığı şəhər silkələndi

Bu gün səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib.
Bu dəfə yeraltı təkanlar İstanbulda qeydə alınıb.

İlkin məlumata görə, türkləri qorxudan təkanların gücü 4,7 bal olub. Kandili Rəsədxanasından verilən məlumata görə, zəlzələnin episentri Marmara dənizi Silivri sahilləri olub.

Zəlzələdən sonra 6 dəfə müxtəlif güclü təkan qeydə alınıb.
İstanbul Valiliyindən verilən məlumata görə, hələlik dağıntı və təlafat barədə hər hansı məlumat daxil olmayıb.

Zəlzələni hiss edən əhali təşvişlə evlərini tərk edib. Silivri zonasında yerləşən məktəblərdən bəziləri boşaldılıb.