» » Dilində xərçəng tapılan qadını belə xilas etdilər


Böyük Britaniyalı Rebekka Patterson uzun müddət dilindəki göbələk xəstəliyindən əziyyət çəkib.

starxeber.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər bu xəstəliyin həyatı təhlükə törətmədiyini desələr də, bir müddət sonra qadın dözülməz ağrılara məruz qalıb.

Yenidən analiz verən Rebekkanın dilində xərçəng olduğu aşkarlanıb. Qadın təşvişə düşsə də, həkimlər ona çıxış yolu olduğunu deyib. Belə ki, 11 saatlıq əməliyyatla dilin xərçəng olan bölməsi kəsilərək çıxarılıb, qolunun arteriyasından kəsilən hissə həmin yerə tikilib.

Rebekka bir ay müddətində danışmaqda və udmaqda çətinlik çəksə də, hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.