» » Ərindən boşanan qadın toyunda oxuyan müğənni ilə sevgili çıxdı


ABŞ-da 26 yaşlı Megan Willis adlı qadın, ərindən boşanıb toyunda müğənnilik edən 49 yaşlı Mark Stone ilə eşq yaşamağa başlayıb.

starxeber.az Milli.Az-a istinadən xəbər verir ki, Maryland ştatında yaşayan Megan Willis 2016-cı ildə toyunda oxuyan Mark Stone ilə sevgili çıxıb.



Məlum olub ki, Megan 2015 -ci ildə Mark Stone ilə bacısının vasitəçiliyi ilə tanış olub. Qadın bir il sonra toyunu Markın idarə etməyini istəyib.

Toydan bir il sonra Megan əri ilə problemlər yaşamağa başlayıb.

Bu müddətdə problemini Marka danışmağa başlayıb. Cütlüyün dostluğu qısa zamanda eşqə dönüb. Meganın ərindən ayrılma qərarına dəstək verən Mark da arvadından boşanıb.

Avqust ayında hər ikisi də həyat yoldaşından ayrılıb. Cütlük hazırda Şimali Karolinada birgə yaşayırlar.