» » Bakıda 8 bal gücündə zəlzələ ola bilər


Xəzər dənizində 8-9 ballıq zəlzələ ola bilər. Güclü zəlzələ paytaxtda da hiss ediləcək.

Seysmoloji xidmət mərkəzinin rəhbəri Qurban Yetirmişli riskləri dəyərləndirib.

starxeber.az  Xəzər TV-yə istinadən məlumat verir ki, onun sözlərinə görə, Xəzərdə paytaxtda da hiss oluna biləcək güclü zəlzələlər ola bilər. 

Mərkəzin hesabatına görə, Xəzər dənizində tez tez zələzələlər baş verir. Bunun da səbəbi həmin ərazinin aktivliyidir.
Xəzər dənizində ümumilikdə beş-altı potensial zəlzələ ocağının mövcud olduğu bildirilir. Bu baxımdan nə vaxtsa güclü zəlzələlərin olma ehtimalı var. 

Ölkədə aktiv zəlzələ ocaqlarının konkret sayını demək olmasa da, onlarin çox olduğunu qeyd etmək lazımdır.

Qurban Yetirmişli sonda vurğulayib ki, ilin əvvəlindən bu günə ölkə ərazisində 4000-dən çox yeralti təkan yaşanib ki onlardan 53-ü hiss olunan olub.