» » Şəbnəm üçüncü övladına hamilədir?


Müğənni Şəbnəm Tovuzlu hamilədir.

starxeber.az xəbər verir ki, sənətçi üçüncü övladını dünyaya gətirməyə hazırlaşır.

Bu haqda Şəbnəm "Şou ATV" verilişində qonaq olarkən aparıcı Nanə Ağamalıyeva məlumat verib.

O bildirib ki, uşaq dekabrda dünyaya gələcək. Şəbnəm isə "İnşallah, bacıya bacı, qardaşa qardaş lazımdır" deyərək, cavab verib.

Qeyd edək ki, Şəbnəmin Günel adlı qızı, Əli adlı oğlu var. O, Həci adlı şəxslə ailəlidir.