» » Əkizlərdən illərdir küsülü olduqları Ayana barışıq addımı


Müğənni Ayan Babakişiyeva "Maşın" şouda Fuad Musayev tərəfindən hədəf seçilərkən sənət adamları ona dəstək durub.

Onlar arasında diqqət çəkən isə əkiz bacılar Sevil və Sevinc Səfərovalar olub.

İfaçılar illərdir küsülü olduqların sənətçiyə barışıq addımı atıblar. Sevil və Sevinc sosial şəbəkədə paylaşım edərək, izləyicilərindən Ayana dəstək olmalarını istəyiblər.

"Bütün analardan Ayana səs istəyirəm. Ayan mübarizəni kişi kimi aparır. Kişi olub xanım kimi mübarizə aparan, sən artıq məğlubsan. Söz sahibinə çatsın" deyə, əkizlər paylaşımda qeyd edib.