» » Aqşinə görə uzaqlaşdırılan Qurd:


Reper Qurd "Maşın"dan getdikdən sonra açıqlama verib.

Onun videomüsahibəsi şounun İnstaqram səhifəsində yerləşdirilib.

Qurd meyxanaçı Aqşin Fateh danışarkən bir əli ilə onun əlini avtomobil üzərində saxlayıb. Həmin an isə özü digər əlini çəkib.

Qurd dostunun qurbanı olduğunu vurğulayıb:

"Çətin andır. Özü də duelə hazırlaşmışdım, bəzi iştirakçıların üzü açılmalı idi. Onların bəxdi gətirdi. Orada Aqşin xahiş etmişdi ki, danışanda əlimi tut. Oyunun qaydaları ilə razıyam. Bəzən öz dostunu qorumaq üçün yanırsan.
Orada şərəfli oyunçular da var. Bəzi kişilər tülkü kimi oynayır, başqalarını bir-birinə vururlar".