» » Bilal Əliyev xaricə yox, atasının yanına gedib -


Xalq artisti Bilal Əliyev ötən gün "Maşın şou”dan atasının iradı ilə əlini çəkib. 

"Oyundan çıx birbaşa ata evinə gəl" deyilən Bilal Əliyev dünən gecə havalimanında görüntülənib. 



Xalq artisi AZXEBER.COM-a açıqlamasında hara getdiyini açıqlayıb:

"Biz havalimanının həyətindəki oteldə qalırdıq. 18 günlük geyim götürmüşdüm. Onlar da 3 böyük çanta idi. Çantalarımı götürüb dayanacaqda saxladığım avtomobilə gedirdim. Bir də gördüm ki, bir maşından saxladılar və mənə dedilər ki, hara gedirsiz?. Mən oradan birbaşa Salyana atama baş çəkməyə getdim, indi gəlmişəm Bakıda həyətimdə oturmuşam. Rusiyada deyiləm”.

Bilal Əliyev atasının narahat olduğunu deyib:
"Atam dedi ki, efirdən sənə baxdım rəngin xoşuma gəlmədi. Dedim Allah uzaq eləsin birdən xəstələnərsən. Allaha şükür maşının da var. Gedib orda səs istəyirsən, Allah sənə dünyanın ən böyük səsini verib”.