» » Anar Nağılbazın məzar daşı dəyişdirilib -


Mərhum reper Anar Nağılbazın məzar daşı dəyişdirilib.

Bu barədə Yenicag.az-a reperin anası Şərqiyyə Cəbiyeva açıqlamasında deyib:

“Balamın məzarı üstə kimsə şam yandırmışdı, o şam əriyib sinə daşını pis günə qoymuşdu. Təmizləmək mümkün deyildi.

Ürəyim bunu qəbul etmədiyi üçün, qərara gəldik ki, daşı dəyişək. Balamın məzardaşını mərmərdən düzəltdirdim.

Allah heç bir anaya bala dağı göstərməsin. Balamın yoxluğu ilə barışa bilmirəm. Məzarı ilə təsəlli tapıram”.