» » Tünzalənin qızı aparıcı olacaq -


Xalq artisti Tünzalə Ağayeva İTV-də yayımlanan “Fatehin divanı” proqramında qonaq olub.

Veriliş zamanı sənətçinin qızı Fidanla əlaqə yaradılıb. Müğənni qızının aparıcılığa hazırlaşdığını söyləyib.

“Qızım radio aparıcısı olmağa hazırlaşır. Fidan İstanbul Bahçeşir Universitetində təhsil alır. Oranın radiosu Türkiyə universitet radioları içərisində ən çox mükafat qazananıdır”.
Danışıq vaxtı Fidan anası üçün çox darıxdığını söyləyib. T.Ağayevanın ona cavabı isə belə olub:


“Mən də sənin üçün həmişə darıxıram. Dırnaqlarını da gündə bir rəngə boyayırsan. Öpürəm səni”.